More Website Templates at TemplateMonster.com!

ŞİRKƏT HAQQINDA

Əczaçılıq sektorunda özünəməxsus yeri olan “Epidbiomed” MMC yarandığı ilk gündən əhalini dünyanın məşhur farmasevtik brendlərinin yüksək keyfiyyətli dərman preparatları və vaksinləri ilə təmin etməyi hədəfləyib. “Epidbiomed” dünyanın aparıcı beynəlxalq istehsalçıları ilə bağladığı birbaşa müqavilələr əsasında vaksin və zərdabları Azərbaycan bazarına gətirən ən əsas idxalçıdır.

YARANMA TARİXİ

“Epidbiomed” MMC  2004-cü ilin dekabırında Bakı şəhərində yaradılmışdır və fəaliyyət göstərməkdədir. Şirkətin fəaliyyəti yarandığı gündən sürətli və hərtərəfli inkişaf dinamikası ilə səciyyələnir. Bu inkişaf onun qısa müddətdə Azərbaycan Respublikasının bütün regionlarında öz işini qurmasında, əczaçılıq sektorunun dayanmadan genişləndirilməsində, peyvənd idxalının 80-ə qədrinin öz əlində cəmləşdirməsində özünü göstərir. Kadr potensialının yüksəldilməsi və idxal və dövriyyə həcminin artırılması da xüsusi vurğulanacaq faktorlardandır.

ƏRAZİSİ

Şirkətin mərkəzi ofisi Bakı şəhərində, Zivərbəy Əhmədbəyov 5 ünvanında yerləşir. İdxal olunmuş məhsullar paylaşdırmadan əvvəl hərarət, rütubət və s. parametrləri tənzimləyən ən müasir avadanlıqlarla` təchiz olunmuş anbarlarda saxlanılır. Xırdalan qəsəbəsində yerləşən, ümumi sahəsi 1460 kv.m. olan anbar tibbi preparatların saxlanma normativlərinə tam şəkildə cavab verir. Həmçinin anbarın daxilində sahəsi 30 kv.m. olan soyuducu kamera da yerləşdirilib.

Qısa başlıqlar

  • ŞİRKƏT HAQQINDA

    Əczaçılıq sektorunda özünəməxsus yeri olan “Epidbiomed” MMC yarandığı ilk gündən əhalini dünyanın məşhur farmasevtik brendlərinin yüksək keyfiyyətli dərman preparatları və vaksinləri ilə təmin etməyi hədəfləyib...

  • BAŞ DİREKTORUN MÜRACİƏTİ

    Son illərdə Azərbaycanda səhiyyə sahəsində əsaslı islahatlar konsepsiyası hazırlanıb, əhaliyə göstərilən tibbi xidmətin miqyası genişləndirilib, keyfiyyəti isə yaxşılaşdırılıb.Dünya standartları səviyyəsində ...

  • İCRAÇI DİREKTORUN MÜRACİƏTİ

    Azərbaycan əczaçılıq bazarında özünəməxsus yeri olan “Epidbiomed” yarandığı ilk gündən idxal etdiyi tibbi preparatların keyfiyyətinə xüsusi önəm verməsi ilə, uğurlu və effektiv fəaliyyəti ilə qısa ...